Şimali Koreya lideri Kim Yong keçmiş sevgilisi müğənni Hyon Song-Volanı edam etdirdiyi üzə çıxıb.
Lent.az-ın “Chosun Ilbo” saytına istinadən verdiyi məlumata görə, Hyon Song-Vola “Unhasu Orchestra” və “Wangjaesan Light Music Band” adlı musiqi qruplarının 11 üzvü avqustun 17-də saxlanılıblar.
Saxlanılanlar Şimali Koreyanın pornoqrafiya ilə bağlı qanunlarını pozmaqda, seks videoları hazırlayaraq Çin də daxil olmaqla, bəzi ölkələrdə satışa çıxarmaqda günahlandırılıblar. Müğənni və saxlanılan 11 nəfər avqustun 20-də edam olunub. Onlar ailələrinin gözləri qarşısında güllələnib, daha sonra da ailələri əsir düşərgələrinə göndərilib.
Qeyd edək ki, Kim Yong Hyon Song-Vol ilə 10 il əvvəl tanış olub. İki sevgilinin münasibətləri Şimali Koreyanın sabiq lideri Kim Jong ilə görə pozulub. Kim Jongun həyat yoldaşı Ri Sol Ju da “Unhasu Orchestra” qrupunun sabiq üzvüdür. Kim Yongun keçmiş sevgilisinin və digər musiqiçilərin edamında Ri Sol Jun rolunun olub-olmadığı bilinmir.