Şimali İrlandiyada, Belfastda «Victoria Sqaure» adlı ticarət mərkəzində maşında 60 kq partlayıcı maddə aşkarlanıb.
Lent.az-ın «Assoşieyted press»-ə istinadən məlumatına görə, partlayıcını İralandiya Respublika Ordusu tərəfindən hazırlandığı ehtimal edilir.
Polis avtomobilin sürücüsünü yaraladığından partlayışı törətmək baş tutmayıb.
Partlayış təhlükəsinə görə ticarət mərkəzindən, yaxınlıqdakı kafe, kino-teatr və ofisdən insanlar çıxarılıb.