Hindistanın cənub-şərqində «Lehar» siklonu ucbatından 27 min insan köçürülüb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, sürəti 120 km/saat olan siklon Andhra-Pradeş ştatına yaxınlaşır. Əyalətdəki dövlət müəssislərinin bir hissəsi qapadılıb.
Təbii fəlakət olacaq ərazidən köçürülənlər üçün yüzə yaxın düşərgə salınıb. Daha bir neçə on min insanın köçürüləcəyi ehtimal edilir.