İtaliyanın sahil mühafizə xidməti Siciliya adası sahillərində 700-dən çox qaçqını daşıyan gəmini xilas edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qaçqınların 4-ü xəstəxanaya yerləşdirilib.
Mənbə bildirib ki, son zamanlar Suriya, Misir, Nİgeriya və qanadan İtaliyaya qaçqın axını çoxalıb. Suriya və Misirdəki olaylardan sonra onların sayının daha çox olduğu bildirilib.