Bir həftə öncə Səudiyyə Ərəbistanında tutulanlar İran «casusluqda» şübhəli bilənirlər.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə,bu haqda krallığın Daxilil İŞlər Nazirliyi bəyana verib.
«Araşdırma nəticəsində məlum olub ki, onlar İranın kəşfiyyat xidməti ilə birbaşa əlaqədə olublar»-deyə sənəddə bildirilib.
Xatırladaq ki,ötən həftənin sonunda Səudiyyə Ərəbistanında 18 nəfər tutulub.
Şübhəlilərin 16 –sı Səudiyyə Ərəbistanı, İran və Livan vətəndaşıdır.
Nazirliyin təmsilçisi Mənsur Türki bildirmişdi ki, onlar başqa dövlətlər tərəfindən yaradılmış «casus şəbəkəsində fəaliyyət göstəriblər».
Onun sözlərinə əsasən, onlar martın 15-də krallığın 4 çeşidli bölgələrində, o cümlədən paytaxt Ər-Riyadda «qəflət və əlaqələndirilmiş əməliyyatlar nəticəsində tutulub».