Sentyabrın 11-də Əsəd 48 yaşını qeyd edib
12 sentyabr 2013 06:44 (UTC +04:00)

Sentyabrın 11-də Əsəd 48 yaşını qeyd edib

ABŞ-da Suriyaya qarşı hərbi əməliyyatların başlayacağı vaxt müzakirə edildiyi, BMT-nin Dəməşqdəki rejimin kimyəvi silahları ilə davranılmasına dair «baş sındırdığı» halda Bəşar Əsəd  48 yaşını qeyd edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, 1965-ci il sentyabrın 11-də anadan olub. 2000-ci ilin iyununda atası Hafiz Əsədin vəfatından sonra 34 yaşında hakimiyyət gəlib. Onun hakimiyyət gəlməsində hakim partiyanın rolu əvəzsizdir. Bəşar Əsədin bu vəzifəni tutması üçün konstitusiyada dəyişiklik edilib. Yaş həddi 40-dan 34-ə endirilib.

 

Sosial şəbəkədə onu təbrik edib «Suriyanın aslanı» (ərəbcə «Əsəd» «Aslan» deməkdir) adlandırıb. Əleyhdarları isə onu «Suriyanın Neronu» adlandıraraq, «sonuncu ad günün olsun» yazıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675
avatar

Oxşar yazılar