Senat Suriyaya hərbi müdaxilə ilə bağlı səsverməni təxirə saldı
10 sentyabr 2013 11:01 (UTC +04:00)

Senat Suriyaya hərbi müdaxilə ilə bağlı səsverməni təxirə saldı

ABŞ Senatı Suriyaya hərbi müdaxilə ilə bağlı layihənin sentyabrın 11-də səsverməyə çıxarılmasını təxirə salıb.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə,  Senatdakı demokrat çoxluğunun lideri Harry Reid deyib ki, səsvermədən öncə prezident Barak Obamaya qərarının mahiyyətini Senat və Amerika xalqına çatdırmaq fürsəti verilməsini zəruri sayır.

 

Harry Reid bildirib ki, Suriyadakı kimyəvi silahlarla bağlı beynəlxalq müzakirələr davam edərkən Senatda səsvermənin keçirilməsi münasib deyil. Barak Obama da son açıqlamasında Senat və Nümayəndələr Palatasında səsvermənin nəticələri ilə bağlı ümidli olmadığını, ABŞ xalqının Suriyaya hərbi müdaxilə məsələsində onunla eyni fikirdə olmadığını dilə gətirib.

 

Qeyd edək ki, Suriyaya hərbi müdaxiləyə qarşı çıxan Rusiya bu ölkədəki kimyəvi silahların beynəlxalq ictimaiyyətin nəzarətinə verilməsi təklifi ilə çıxış edib. ABŞ hakimiyyəti  də bu təklifə müsbət yanaşıb və kimyəvi silahlar beynəlxalq ictimaiyyətin nəzarətinə verilərsə, hərbi müdaxilə planını təxirə sala biləcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446
avatar

Oxşar yazılar