Senat komitəsi Brennanın MKİ-yə namizədliyini təsdiqləyib
06 mart 2013 05:52 (UTC +04:00)

Senat komitəsi Brennanın MKİ-yə namizədliyini təsdiqləyib

Senatın kəşfiyyat üzrə komitəsi Con Brennanı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktorluğuna namizədliyini təsdiqləyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir müddət öncə senatorlar ondan pilotsuz uçan aparatların antiterror əməliyyatlarında istifadəsi ilə bağlı məlumat istəmişdilər. Onda C.Brennan bu haqda məlumat verməkdən imtina etmişdi. Senatorlar isə onu namizədliyini təsdiqləməyəcəkləri ilə hədələmişdi.

 

Komitənin təsdiqindən sonra Con Brennanın namizədliyini senat təsdiqləməlidir.

 

O, 2009-cu ildə ABŞ prezidentinin terrorçuluğa qarşı mübarizə ilə bağlı baş məsləhətçisi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

Oxşar yazılar