Mahaçqala yaxınlığında yerləşən Səməndər qəsəbəsində bir neçə gün davam edən xüsusi əməliyyat zamanı beş nəfər silahlı zərərsizləşdirilib.
Lent.az-ın “İTAR-TASS”a istinadən məlumatına görə, əməliyyat zamanı Federal Təhlükəsizlik Xidmətinin iki xüsusitəyinatlısı həlak olub, daha altı nəfər isə yaralanıb.
Hadisə yerinə baxış keçirərkən qanunsuz hərbi birləşmənin 5 üzvünün meyiti, uç ədəd avtomat və 2 “Steçkin” markalı tapança aşkarlanıb.
Öldürülən yaraqlıların silahlıların arasında “Qimri” silahlı qruplaşmanın başçısı İbrahim Hacıdadayev olması istisna olunmur.Onların şəxsiyyəti dəqiqləşdirilir.
İstintaq orqanlarının iidia edib ki, qeyd olunan qruplaşmanın üzvləri Dağıstanın daxili işlər nazirinin müavini general-mayor Məhəmməd Ömərovun, hüquq-mühafizə orqanların, prokurorluğun əməkdaşlarının, deputatların və icra hakimiyyəti orqanlarının nümayəndələrinin qətlində iştirak edib.