Mərakeş kralı VI Məhəmməd İsraillin qaçqın ravvini Elizer Berlanddan ölkəni bir neçə gün tərk etməyi tələb edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, 76 yaşlı dini lider başçılıq etdiyi dini icmanın qadınları ilə «cinsi əlaqəd’ olmaqda» ittiham olunur.
Hadisə 2012-ci ildə baş verib. Onu bu əməlinə görə ittiham edən kişini Berlandın yolunun tərəfdarları döyüb. Polisin apardığı araşdırma nəticəsində bəlli olub ki, bu ravvin icma üzvü olan qadınlara cinsi təcavüz edirmiş. İcma üzvü olan qadınlar bu haqda polisə ifadə verib.
Baş verənlərdən sonra ravvin İsraili tərk edərək, Mərakeşə qaçıb. Onun ardınca «yoldaşları da» krallığı gedib. Qaçqın ravvini Mərakeşdəki yəhudilər təmtəraqla qarşılayıb. O, krallıqda təhsil və çeşidli ictimai müəssisələrdə öz «sarayını» qurmağa hazırlaşıb.
«İisrael a-Yom» qəzeti bildirib ki, yerli qəzetlərdən birində ravvinin İsraildən qaçması səbəb haqda yazı çıxdıqdan sonra ondan Mərakeşi tərk etməsi tələb olunub.