Rusiyada yüksək mərtəbədən düşən məktəbli sağ qalıb. Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında, Moskva ətrafında Xamki şəhərində baş verib. 11 yaşlı qız yaşadığı binanın səkkizinci mərtəbəsinin balkonundan yıxılıb.
Dördüncü sinif şagirdi kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olsa da, həkimlər qızın yaşaması üçün əlllərindən gələni etdiklərini deyirlər.