Kanadanın Toronto şəhər şurası vali Rob Forddan istefa verməsini istəyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, noyabrı 13-də bu məqsədlə valiyə ünvanlanan müraciətin leyihinə şuranın 41 üzv səs verib, ikisi isə əleyhinə olub.
Əleyhinə olanlardan biri vali Forddur.
Valini tutuduğu vəzifədən istefaya göndərmək hüquq yoxdur. Hətta ona qarşı rəsmi siyasi ittiham da irəli sürülməyib.
Xatırladaq ki, Kanadanın Toronto şəhərinin meri Rob Ford krek-kokain çəkdiyini etiraf edəndən sonra yerli sakinlər onun davranışından narazılıqlarını bildirmişlər.
Şəhər şurasındakı tərəfdarları isə şəhər başçısı artıq etibarını itdiyini söyləiblər.
Noyabrın 6-da 200 nəfərdən çox insan şəhər valiliyinin binası qarşısına toplaşaraq, Fordun istefasını tələb etmişdi.
Ona qarşı cinayət ittihamı irəli sürülmədiyindən şəhər hakimiyyəti Fordu vəzifədən kənarlaşdıra bilmir.
Qeyd edək ki,o, krek – kokain narkotik maddə çəkdiyini etiraf edib.
«Bəli, mən krek-kokain çəkmişəm. Hər kəs səhv edir» -deyə, o, söyləmişdi.
Ford bildirmişdi ki, onun kokaindən istifadə etməsi növbəti mer seçkisində namizədliyini irəli sürməsinə əngəl törətmir.
Bundan başqa Rob Ford israrla bildirib ki, narkoman deyil.
Qeyd edək ki, bir neçə gün öncə, ölkənin ən iri şəhəri valisinin şüşə qəlyanla narkotik maddədən istifadə edərkən, rəqəmsal videoyazı ilə çəkilmiş görüntüləri sosial şəbəkələrdə yayılmışdı.