Özünü İraqın keçmiş prezidenti Səddam Hüseynin və Yuqoslaviyanın kemiş lideri Slobadan Miloşeviçin vəkili kimi təqdim edən İtaliya vətəndaşına Britaniyada 14 il iş kəsiblər.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, fırıldaqçılıq, çirkli pulların yuyulması kimi maddələr üzrə ittiham olunub.
İstintaq zamanı məlum olub ki, həbs olunan Covanni di Stefanoun heç bir hüqui savadı yoxdur.
Prokurorun sözlərinə görə, o, 25 epizod üzrə yalan yolu ilə «müştərilərdən» bir neçə milyon dollar pul qoparıb.