İkinci müddətə prezidenti seçilmiş Serj Sarkisyanın andiçmə mərasimi aprelin 9-da olacaq.
Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin spikeri Ovik Abramyan söyləyib.
Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticələrə görə, Serj Sərkisyan 58,64 faiz səs toplayaraq birinci turda prezident seçilib.