Saakaşvilidən qorxudan açıqlama
23 fevral 2013 15:48 (UTC +04:00)

Saakaşvilidən qorxudan açıqlama

 

“Yeni hökumətin siyasəti Kremlin əlinə Gürcüstana təsir göstərmək üçün vasitələr verir”. APA-nın xəbərinə görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə İctimai Televiziyasının birinci kanalına müsahibəsində deyib. Belə təsir vasitələrindən biri kimi o, etnik ermənilərin çoxluqda olduğu Cavaxetiya zonasında vəziyyətin gərginləşməsi ehtimalını göstərib.

 

M. Saakaşvili bildirib ki, Rusiyaya verilən təsir vasitələrindən biri Gürcüstanda inşa olunan hidroelektrik stansiyaların tikintisinin dayandırılmasıdır: “Yeni hökumət Gürcüstanın Rusiyadan enerji asılılığına düşməsinə şərait yaradır”.

 

İkinci təsir vasitəsi ticarətlə əlaqədardır. Dövlət başçısı hesab edir ki, Rusiya bazarının prioritet kimi seçilməsi Gürcüstan üçün təhlükəlidir, belə ki, bu, günün birində Rusiyaya Gürcüstan iqtisadiyyatını dağıtmaq şansı verir.    

 

Üçüncü təsir vasitəsi isə Abxaziyadan keçən dəmir yolunun bərpasıdır. M. Saakaşvili qeyd edib ki, bu haqda hələ söhbət getsə də, artıq yolun bərpası üçün çalışmalar başlayıb. 

 

Saakaşvilini qorxudan dördüncü təsir vasitəsi Cavaxetiyadır. Prezident hesab edir ki, bu bölgədə vəziyyət gərginləşə bilər: “Əgər daha əvvəl Abxaziya və Cənubi Osetiya girov idisə, indi Cavaxetiya girova çevrilib. Sən Rusiyaya elektrik enerjimizi kəsmək, iqtisadiyyatımızı dağıtmaq, regiona soxulub Avropaya yolumuzu bağlamaq imkanı verirsənsə, bu halda Gürcüstan əyalət diktaturasının hökm sürdüyü ölkəyə çevrilə bilər. Gürcüstanda demokratiya, plüralizm, azad KİV, azad məhkəmə qalmasa, ölkəmiz Avropaya can ata bilməz və bir istiqaməti qalar – Rusiya...”   

 

M. Saakaşvili öz səlahiyyətindən istifadə edərək İvanişvili hökumətini istefaya göndərmək istəmədiyin bir daha bəyan edib: “Məgər mən o qədər təcrübəsizəm ki, bu adamları qəhrəmana çevirim? Sonra desinlər ki, biz xalq üçün nələrsə etmək istəyirdik, amma Saakaşvili imkan vermədi...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7787
avatar

Oxşar yazılar