Gürcüstan prezidenti Mixail Saakaşvili Dövlət xüsusi mühafizə qurumunun xidmətindən imtina edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb Xüsusi Dövlət Mühafizə Xidmətinə rəhbərlik funksiyası bu ilin fevral ayından Mixail Saakaşvilidən Bidzina İvanişviliyə keçməsi gğstərilib.Bu düzəlişi parlament prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması çərçivəsində qəbul edib.
Qeyd edək ki, Anzor Çubinidzenin prezidentin qorunmasına rəhbər təyin olunub.
Prezidentin mətbuat xidmətinin başçısı Manana Mancqaladze bildirib ki, Dövlət xüsusi mühafizə xidmətinin rəisi Teymur Canaşiya vəzifəsindən uzaqlaşdırılıb: «Cangüdənlərdən imtina etmək dövlət başçısının fəaliyyətini, xalqla görüşlər keçirməsini əngəlləmir».