Saakaşvili Bakı-Tiflisi-Qars dəmiryolunda olub
26 mart 2013 06:50 (UTC +04:00)

Saakaşvili Bakı-Tiflisi-Qars dəmiryolunda olub

Gürcüstan prezidenti Mixail Saakaşvili keçmiş hökumətin dövründə başlanan bütün layihələrin yekunlaşdırılmasını vacib sayır. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, prezident administrasiyasının məlumatında bildirilir ki, Mixail Saakaşvili bunu martın 25-də Axalkalakidə Bakı-Tiflisi-Qars dəmiryol magistralında inşa olunmuş stansiyaya baxış keçirərkən bəyan edib.    

 

Gürcüstan prezidenti Axalkalakiyə səfəri çərçivəsində 3 nömrəli ümumi orta məktəbə də baş çəkib və burada çıxışı zamanı ermənilərin sıx yaşadığı bu regionda gürcü dilinin tədrisinin vacibliyini qeyd edib.   

 

Mixail Saakaşvili qeyd edib ki, ölkədə yaşayan etnik ermənilərin inteqrasiyası təhlükəli təşəbbüslərlə yox, gürcü dili vasitəsilə həyata keçirilməlidir.    

 

“Biz Axalkalakidə yeni məktəb inşa etdik. Biz hal-hazırda elə edirik ki, gürcü dilini tədris edən erməni əsilli müəllimlər burada gürcü dilinin dövlət dili kimi bərqərar olmasını təmin etsin. Bu gözəl məktəbdə gürcü və etnik ermənilər birgə təhsil alır – mənim üçün onların hamısı gürcüdür. Dil məsələsinə gəlincə, bizim cavabımız sadədir – Gürcüstanda müvəffəqiyyətlərə gürcü dili vasitəsilə nail olunmalıdır. Bu heç də hər-hansı mədəniyyətin əksiltməsi demək deyil. Burada, Axalkalakidə, erməni dili ilə bağlı müəyyən problemlər yaşanır. Sovet İttifaqı dövründə burada ruslaşdırma həyata keçirilirdi. Buna görə də, burada yaşayan etnik ermənilərin Gürcüstana  inteqrasiyasını biz gürcü dili vasitəsilə, onların universitetlərdə təhsil almaları ilə, inşa olunan dəmir yolu ilə (Bakı-Tbilisi-Qars) həyata keçirməliyik. Siyasətçilərin danışıqlarına, parlamentdəki hansısa təhlükəli təşəbbüslərə rəğmən, biz cavabımız budur”, deyə Saakaşvili bəyan edib.    

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar