Rusiya səfirliyi atəş tutulub: bir nəfər ölüb, 9-u yaralanıb - YENİLƏNİB
28 noyabr 2013 21:11 (UTC +04:00)

Rusiya səfirliyi atəş tutulub: bir nəfər ölüb, 9-u yaralanıb - YENİLƏNİB

Dəməşqdə Rusiya səfirliyinin minaatanlardan atəşə tutulması nəticəsində bir Suriya vətəndaşı həlak olub. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, 9 nəfər, o cümlədən səfirliyin suriyalı gözətçisi yaralanıb. 

 

Rusiyanın Xarici İşlər Nazirliyi baş verən olay «terakt» kimi dəyərləndirib və basqında iştirak edənlərin cəzalandırılmasını istəyib. 

***
19.08
 
Rusiya Federasiyasının Suriya paytaxtındakı səfirliyinin yerləşdiyi ərazi minaatanlardan intensiv atəşə tutulub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, səfirliyin mətbuat attaşeliyi mərmilərdən birinin səfirlik kompleksinin ərazisində partladığını bildirib. Hadisə zamanı zərər çəkən olmayıb, səfirliyə maddi ziyan dəyib.  

 

Səfirlik adi rejimdə çalışmağa davam etsə də, binanın mühafizəsi gücləndirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1664
avatar

Oxşar yazılar