Rusiyanın «nüfuzu at belində»
12 sentyabr 2013 02:15 (UTC +04:00)

Rusiyanın «nüfuzu at belində»

Suriyanın kimyəvi silahlarına beynəlxalq nəzarətlə bağlı Rusiyanın təklifini Ağ Evin təmsilçisi Cey Karni dəyərləndirib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, o, deyib: «Şübhəsiz, ABŞ-ın hərbi güc tətbiqi təhlükəsi məsələnin diplomatik yolla həllinə şərait yaradıb. Hələ üç gün öncə Suriya kimyəvi silaha malik olmadığını iddia edirdi. Son iki gündə Rusiya tərəfi ilə əməkdaşlıq son iki ildəkindən daha çox fayda verib».

 

Bununla belə o, qeyd edib ki, bu təklifi ilə Rusiya öz nüfuzun «at belinə qoyub».

 

«Bütün bu danışıqlar prosesi onun iştirakçılarının sınağı olacaq» -deyə, Ağ ev təmsilçisi vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812
avatar

Oxşar yazılar