ABŞ konqresmeni Ceyms Makqovern prezident Barak Obama adminstrasiyasına «qara siyahıya» salınacaq 240 rusiyalının soyadını təqdim edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Aleksey Puşkov «Twitter» mikrobloqunda bildirib.
«Konqress üzvü Makqovern Obama adminstrasiyasına «qara siyahıya» daxil etmək üçün 240 rusiyalının soyadını verib. GÖrünür,ABŞ Konqresində cin tutmaq ruhu daha güclüdür»-deyə, Puşkov yazıb.
Xatırladaq ki, «Hermitage Capital» Fonudun auditoru Maqnitskinin Rusiya istintaq təcridxanasında müəmmalı qətli ilə bağlı 2012-ci ci ilin sonunda ABŞ-da «Maqnitsk qanunu» qəbul edilib.
Rusiyada insan haqlarının pozulmasında və Maqnitskinin ölmündə əli olanların ABŞ viza verilməsi, bir sıra iqtisadi sanksiyalar bu sənəddə nəzərdə tutulub.