Rusiyalı ekspert: “Əsəd devrilməyəcək” - AÇIQLAMA
29 avqust 2013 15:58 (UTC +04:00)

Rusiyalı ekspert: “Əsəd devrilməyəcək” - AÇIQLAMA

Qərbin Suriyaya qarşı hərbi əməliyyatı artıq qaçılmazdır. Ancaq Bəşər Əsəd rejimi devrilməyəcək”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Elmlər Akademiyası Şəqrşünaslıq İnstitutunun professoru Anatoli Yeqorin bildirib. Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin Suriyaya hərbi müdaxiləsi qaçılmazıdır: “Müharibə çox qısa çəkəcək. Ona görə də, bu hərbi müdaxilənin Suriya ordusu və müxalifət qüvvələri arasındakı balansı dəyişdirməsi imkansızdır”.

 

Rusiyalı ekspert ABŞ-ın hərbi əməliyyatlar zamanı Aralıq dənizdə olan hərbi gəmilərdən “Tomahavk” raketləri ilə Suriyanı hədəf alacağını bildirib: “Böyük bir ehtimalla Suriyaya 100-200 arası Tomahavk raketi atacaq. Planlanan hədəflər vurulsa belə Əsəd rejimi az zərər görəcək. Çünki bu raketlərin Suriya ordusunun müdafiə gücünə təsir etməyəcəyini düşünürəm. Suriya ordusunun Rusiya istehsalı olan “Buk” və “Pantsir” raket və hava hücumundan müdafiə sistemi var. Bu sistem ABŞ-ın idarə olunan raketlərinə qarşı tam cavab verə bilər”.

 

Ekspert bildirib ki, Suriyaya qarşı raket hücumu bir neçə gündən çox çəkə bilməz: “Qurudan hücum planlaşdırılmayıb. Bu, 2003-cü ildə İraqa qarşı aparılan əməliyyatlardan çox fərqlənir. Həmin vaxt qurudan hücum əməliyyatı planlaşdırılmışdı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902
avatar

Oxşar yazılar