Rusiya prezidenti Vladimir Putin bildirib ki, Krımda Qara dəniz Donanmasının qalması müddətinin uzadılması qarşılığında Ukraynaya verilən qazın qiymətinə 10 milyard dollar(ixarc olunan qazın qiymətində 100 dollar endirimlə) endirim edilib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Rusiya lideri bu bəyanatı İtaliyada keçirdiyi konfransda verib.
Bir müddət öncə Ukraynanı baş naziri Nikolay Azarov bildirmişdi ki, bu ilin dekabrında Moskva ilə ticarət əlaqələrinin bərpasına dair danışıqlara başlayacaqlar. O, bildirib ki, Rusiya ilə yeni kreditlər haqda Ukraynanın müqaviləsi yoxdur.