Rusiya dövlət sanitar xidmətinin baş həkimi Gennedi Onoşenkonun etirazı əsasında Moldova çaxırının idxalı dayandırılıb.
Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, o, deyib: «Biz Rusiyaya Moldova istehsalı olan bütün növ üzüm məhsullarının gətirilməsinin yasaqlanması barədə qərar qəbul etmişik».
Gennadi Onişekno bildirib ki, Moldova tərəfindən problemin həlli ilə bağlı vəziyyət düzəlməyənədək bu qadağa qüvvədə qalacaq: «Moldova iqtisadiyyatına dayəlik etmək niyyətimiz yoxdur».
Baş sanitar həkimin sözlərinə əsasən, Moldovadan gətirilən çaxırın tərkibində zəhərli maddə aşkarlanıb.