Rusiyada həkimlərin 10 faizi səhiyyədən gedir
27 avqust 2013 05:51 (UTC +04:00)

Rusiyada həkimlərin 10 faizi səhiyyədən gedir

Rusiyanın səhiyyə naziri Veronika Skvortsov bildirib ki, hər il ölkədəki həkimlərin 10 faizi tibb sahəsini tərk edir.

 

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onların 2-2,5 faizi təqaüdə, qalanı isə ya peşəsindən, ya da iş şəraitindən razı olmadığı üçün həkimlikdən uzaqlaşır.

 

 

Krasnaqorskda gənc həkimlər qarşısında çıxışı zamanı o, qeyd edib ki, Rusiyada hər il səhiyyə sahəsində 34 min çox mütəxəssis buraxılsa da, hazırda 40 min kadr çatışmazlığı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527
avatar

Oxşar yazılar