Rusiyanın Voloqod vilayətində 60 tonluq benzin sisterni yanıb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, olay bu gün Bakı vaxtı ilə 19.05 baş verib.
Mənbə bildirib ki, yanğın baş verən sisternlə yanaşı daha iki yanacaq vaqonu da yerləşir.
Həlak olan və xəsarət alanın olmadığı deyilib. Partlayışın baş verməsi qorxusu var.