Rusiyanın Sankt-Peterburq şəhərində 2 azərbaycanlı Federal Sərhəd Xidmətinin 29 yaşlı əməkdaşını qarət ediblər. Lent.az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından “Rosbalt”a bildirilib.
Həmyerlilərimiz sərhədçini bıçaqla hədələyərək, onun üzərindəki zinət əşyalarını və mobil telefonunu alaraq, hadisə yerindən qaçıblar. Amma çox keçmədən onlar həbs olunub.