Rusiyanın Xantı-Mansiysk vilayətindəki tikinti meydançalarından birində montaj işləri zamanı fəhlə 8-ci mərtəbədən yıxılıb. Lent.az-ın yerli Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin şəxs Yuqra şəhərinə qazanc dalınca yollanmış azərbaycanlı olub.
Həmyerlimiz aldığı zədələrdən təcili yardım gələnədək vəfat edib.