Baş nazirin müavini Olqa Qoldets bildirib ki, Rusiyada aliment ödəyicilərinin borcu 92 milyard rubla (2,87 milyard dollar) çatıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib: «Dünyada öz uşaqlarına qarşı belə laqeyd valideyn olan elə bir sivilizasiyalı tapmaq çətindir».
Onun sözlərinə əsasən, hökumət aliment ödəyicilərinin qarşı sərt tədbirlərin görülməsi ilə bağlı yeni qanun layihəsi hazırlayıb. Həmin sənədə görə uşaqlara aliment ödəməyənədək belə valideynlər yaşayış yeri, bahalı əşyalar əldə edə bilməyəcək.
Qoldets qeyd edib ki, bu qanun layihəsinin qəbulu asan olmayacaq.