Rusiya XİN: «Fransanın Suriya üzrə qətnamə layihəsi qəbuledilməzdir»
10 sentyabr 2013 22:47 (UTC +04:00)

Rusiya XİN: «Fransanın Suriya üzrə qətnamə layihəsi qəbuledilməzdir»

Rusiya güc tətbiqini nəzərdə tutan BMT nizamnaməsinin 7-ci fəslinə əsaslanan  Fransanın Suriya ilə bağlı qətnamə layihəsini rədd edib.  

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, sentyabrın 10-da  Rusiya və Fransa XİN rəhbərləri Sergey Lavrov və Loran Fabius arasında telefon danışığı olub.

 

«Sergey Lavrov qeyd edib ki, BMT nizamnaməsinin 7-ci fəsli əsasında kimyəvi silahdan mümkün istifadəyə görə məsuliyyətin Suriya hakimiyyətinin üzərinə qoyulması barədə BMT TŞ-nin qətnaməsinin qəbul olunmasına dair Fransanın təklifi qəbuledilməzdir»- deyə, Rusiya XİN açıqlamasında qeyd olunub.   

 

Lavrov onu da bildirib ki, məsələyə Moskva dair öz qətnamə layihəsini təqdim edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532
avatar

Oxşar yazılar