Rusiya Fövqəladə Hallar Nazirliyinin daha bir təyyarəsi Suriyaya uçub.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, qurumun təmsilçisi İrina Rossius bunları bildirib : «İl-62» təyyarəsi yeni Latakiyaya uçub. Bu özəl reyslə MDB ölkələri, o cümlədən Rusiyanın Suriyanı tərk etmək istəyən vətəndaşları qayıda bilər».
***
20.35
MDB ölkələrinin, o cümlədən Rusiyanın 90 yaxın vətəndaşı Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi ilə Suriyanı tərk edib.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, qurumun təmsilçisi İrina Rossius deyib: «Avqustun 27-də Suriyaya humanitar yardım gətirmiş təyyarə Latakiyadan geriyə uçub. Onun göyərtəsində Suriyanın tərk etmək istəyən 89 nəfər da var».
Onların 75-i Rusiya vətəndaşıdır. Suriyanı tərk edənlərin çoxu qadın və uşaqlardır.
Təyyarə Bakı vaxtı ilə 23.30-da Domodedovo hava limanına enəcək.