Ukrayna prezidenti Viktor Yanukoviç ölkəsinin Rusiyaya 7 milyard dollarlıq cəriməni ödəməyəcəyini bildirib.
Bu cəriməni Kiyevə 2012-ci ildə istifadə edilməmiş qaza görə Rusiyanın “Qazprom” şirkəti kəsib.Ukrayna Rusiyanın bu iddiası qarşılığında bildirib ki, ötən müddətdə təxminən 8 milyard kubmetr qaz almayıb.
Yanukoviç bu tələbin qəbuledilməzliyini və cərimənin istifadə edilməmiş qazın dəyərindən artıq olduğunu deyir.