Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə 22 qitələrarası ballistik raketin Strateji təyinatlı Raket qoşununa veriləcəyini bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib ki, ölkəsinin nüvə qüdrətinə üstünlük veriləcək.
Bir müddət öncə ölkənin müdafiə naziri Sergey Şoyqu 2013-cü ilin sonunadək Strateji təyinatlı Raket qoşununa «Yars» tipli raket kompleksi ilə silahlandırılması planlaşdırılıb.
Bu kompleks qitələrarası məsafədə 11 min km uzaqlıqdakı hədəfi vura bilir. «Yars» «Topol-M» müasirləşdirilmiş variantıdır.