Rusiya hücum silahlarının azaldılması müqaviləsini uzatmağa hazırdır
17 iyul 2018 06:48 (UTC +04:00)

Rusiya hücum silahlarının azaldılması müqaviləsini uzatmağa hazırdır

Rusiya Strateji Hücum Silahlarının (SHS) azaldılmasına dair müqavilənin müddətini uzatmağa hazırdır, lakin detallara dair razılıq əldə olunmalıdır.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Fox News” telekanalına müsahibəsində bildirib.

 

“Mən prezident Trampı inandırdım ki, Rusiya bu müqaviləni uzatmağa hazırdır, lakin əvvəlcə detallara dair razılığa gəlməliyik”, - deyə Putin əlavə edib.  

 

Rusiya və ABŞ arasında 2010 ildə imzalanmış Hücum Silahlarının (SHS) azaldılmasına dair müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466
avatar

Oxşar yazılar