Bu ilin iki ayında Rusiya xarici dövlətlərə 2,5 milyard dollarlıq silahı satdığını iddia edir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal xidmətin direktoru Aleksandr Fomin açıqlama verib.
Bir müddət öncə, o, 2013-cü ilin yanvarında bir milyard dollarlıq silah satdıqlarını bildirmişdi.
«Bu gün martın biridir. Biz artıq 2,5 milyardlıq silahı yükləmişik» - deyə, o, söyləyib.