Rusiya gözəlini seçdi
04 mart 2013 15:44 (UTC +04:00)

Rusiya gözəlini seçdi

“Miss Rusiya-2013” gözəllik müsabiqəsinin qalibi müəyyənləşib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, müsabiqənin qalibi Mejdureçensk şəhərindən 18 yaşlı tələbə Elmira Abdrazakova seçilib.

İkinci və üçüncü yerlərin sahibi müvafiq olaraq Yaroslavl şəhərindən Anastasiya Yazıkova və Kalmıkiyadan İrina Tumanova olublar. Elmira Abdrazakova 1 milyon dəyərində gözəllik tacı və 100 min dollar pul mükafatı alıb. İkinci və üçüncü yerlərin sahibləri isə dünyanın istənilən ölkəsində ali məktəbdə təhsil almaq imkanı qazanıblar.

 

Qeyd edək ki, “Miss Rusiya-2013” gözəllik müsabiqəsinin mərhələləri Rusiyanın 83 subyektində keçirilir. Namizədlər ailə qurmamış, uşağı olmayan, zərərli vərdişlərdən uzaq qızlar olmalıdır. Müsabiqəyə qatılan qızların bədənində tatuirovka olmamalı, cinayəti məsuliyyətinə cəlb edilməməli, porno sahəsində çalışmamalıdırlar. Hər il Rusiya üzrə 30 min qız bu gözəllik müsabiqəsinə qatılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1835
avatar

Oxşar yazılar