Rusiya prezidenti Vladimir Putinin İrəvana səfəri zamanı rəsmi Moskva Ermənistana yaxınlığını və oranın özünə əhəmiyyətli olduğunu bir daha nümayiş etdirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Kreml tərəflərin biri-birinə yaxınlığını dövlətlərarası prezident şurasının yaradılacağı ilə sübut edib.
Ermənistan prezidenti Putinlə keçirdiyi birgə mətbuat konfransında deyib: «Aparata tapşırdıq ki, şuranın işinin tənzimlənməsi ilə bağlı lazım olan sənədləri hazırlayıb, prezidentlərin növbəti görüşündə imzalanmağa təqdim etsinlər».