Rusiya baş nazirinin müavini Dmitri Roqozin Suriya ətrafında baş verənlər fonunda Qərbin islam dünyasına yönəli siyasətini özünəmxsus «bədii» obrazla ifadə edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, «tvitter» bloqunda yazıb: «Qərb islam dünyası ilə meymunun narla davrandığı kimi davranır».
Qeyd edək ki, Rusiya və Çin Suriyadakı Bəşar Əsəd rejimini ciddi-cəhdlə dəstəkləyir. Hətta ona silah –sursatla yardım etdiyi haqda da məlumatlar yayılır.