Rusiya ilə ABŞ arasında təmas davam edir və praktik olaraq, işlərə ara verilməyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Rusiya prezidentinin müavini Yuri Uşakov bu haqda açıqlama verib.
«Əsas nazirlər arasında fəal şəkildə təmaslar olduğu halda hansı pauzadan söhbət gedə bilər? Ən yaxşısı gerçəkliyə baxmaqdır. Gerçəklik isə təmasların davam etməsindədir. Obama Rusiyaya səfər edəcək. Nazirlər ünsiyyət saxlayır»- deyə, Uşakov ABŞ prezidenti Barak Obamanın Rusiya ilə Amerika arasında pauzanın yaranmasına dair dediklərini jurnalistlərin istəyi ilə şərh edərkən söyləyib.
O, daha sonra qeyd edib: «Münasibətlər o dərəcədə vacibdir ki, Obamanın səfərini dalan dirəmək sadəcə mümkünsüzdür»