Rusiya ABŞ-la İrana arasında nüvə problemi ilə bağlı ikitərəfli danışıqların formatına qarşı deyil.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu açıqlamanı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov verib.
«Biz belə dialoqa qarşı deyilik. Onun şəffaf keçirilməsini istəyirik. Bu bizmi danışıqlar prosesində Rusiyanın maraqlarına zərbə vura biləcək bir məsələni bilmək istəməyimiz demək deyil»-deyə, Rusiya diplomat bildirib.
Bununla yanaşı o, qeyd edib ki, «altılıq» üzvlərində hələ heç biri danışıqlarda iştirakdan imtina etməyib.
Xatırladaq ki, gələn həftə Alma-atıda Tehran atom-nüvə problemi ilə danışıqların növbəti mərhələsinin keçiriləcəyi gözlənilir.