İranın keçmiş prezidenti Ələkbər Haşimi-Rəfsəncani Suriyadakı rejimin başçısı Bəşar Əsədi mühakimə edən fikrilər söyləmədiyini bildirib.
Lent.az-ın «İRNA»-ya istinadən məlumatına görə, o, yerli jurnalistləri söyləmədiyi fikri adına yazdıqları üçün qınayıb. O, bunun «düşmən əlinə oynadığını» söyləyib.
Bununla belə keçmiş prezident qeyd edib ki, istər ayrıca şəxslər, istərsə də təşkilatlar və ya dövlətlər olsun, islam bütün növ kütləvi qırğın silahının tətbiqinə, o cümlədən kimyəvi silahın istifadəsinə qarşıdır.
Xatırladaq ki, sentyabrın 2-də Bəşar Əsədin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə etməsi haqda əmr verməsinə onun inandığı haqda xəbər yayılmışdı.