Ermənistan prezidentliyinə keçmiş namizəd Raffi Ovannisyanın tərəfdarlarının etiraz aksiyası başa çatıb.
Lent.az-ın «Novosti-Armenii»-yə istinadən məlumatına görə, aksiya iştirakçıları İrəvanın əsas küçələrində yürüş etdikdən sonra «Azadlıq» meydanına qayıdıb.
Aksiyaçılar qarşısından çıxış edən R.Ovannisyan bildirib ki, mürbarizəsini «qələbəyədək davam» etdirəcək. Keçmiş namizəd fevralın 24-də Ermənistanın üç vilayət mərkəzində irimiqyasıl aksiya keçirəcəklərini, yaxın günlərdə planını açıqlayacağını da söyləyib.