Qvatemalada 6,2 ballıq zəlzələ
26 mart 2013 04:43 (UTC +04:00)

Qvatemalada 6,2 ballıq zəlzələ

ABŞ Geoloji Xidmət qurumu martın 25-də Qvatemalada 6,2 bal gücündə zəlzələnin olduğunu bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, hakimiyyət zərərçəkənlər və dağıntı barəsində açıqlama verməyib.

 

Yeraltı təkanlar paytaxtdan 10 km aralı, 200 km dərinlikdə olub.

 

Ötən ilin noyabrında ölkənin Cənub-Qərbində baş vermiş 7,5 bal gücündə zəlzələ nəticəsinjə 50 -dən çox insan həlak olmuşdu.

 

1976-cı ildəki zəlzələ nəticəsində 23 mindən çox insan ölmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar