Rusiyada qrip epidemiyası tüğyan edir.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin baş sanitar həkimi Gennadiy Onişenko deyib ki, Rusiyanın 44 subyektində situasiya epidemiya səviyyəsinə çatıb.
Qrip epidemiyası ilə bağlı on minlərlə məktəb və bağçada karantin elan olunub. Qripə yoluxma daha çox Tuva, Novqorod, Stavropol, Penza, Yekaterinburq və Tümendə qeydə alınıb.