Qırğızıstanda iri qızıl mədənlərindən biri olan Kumtorun milliləşdirilməsini tələb edən etirazçılar mədən və fabriki elektrik enerjisi ilə təmin elən «Tamqa» yarımstansiyasını ələ keçirərək elektrik enerjisi istehsalını dayandırıblar. APA-nın məlumatına görə, bu barədə İssık-Kul vilayəti rəhbərliyindən xəbər verilib.
Üç gündür bir neçə yüz nəfər mədənə gedən yolu bağlayıblar. Onlar kanadalı sərmayəçilərlə bağlanmış müqavilənin qüvvədən salınmasını tələb ediblər.
Dağ-metallurgiya həmkarlar ittifaqının mərkəzi komitəsinin üzvü Eldar Tacibaev şərtlərinə əməl olmazsa, aksiyanın sonadək davam edəcəyini bildirib.