Filippinin 36 əyalətini əhatə edən qasırğadan zərər çəkənlərin sayı 4,3 milyona çatıb.
Lent.az-ın «RİA Novosti» istinadən məlumatına görə, 10 min nəfər yaxın insan qasırğanın qurbanı olub.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amosun bəyanatında qeyd edilib : «İlkin qiymətləndirmələrə əsasən, təbii fəlakət nəticəsində minlərlə ev uçub, yollar sıradan çıxıb, əhalinin ərzaq məhsulları, su, sığınacaq və elektrik enerjisinə ehtiyacı var».
***
21.24
«Qızıl Xaç»-ın Filippindəki təmsilçiliyi min 200 nəfərin «Hayan» qasırğasının qurbanı olduğunu ehtimal edir.
Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, qurumun baş katibi Qvendolin Pang açıqlamasında bu rəqəmin təxmini olduğunu bildirib.
BMT-nin təbii fəlakətlərin nəticələrini aradan qaldırılması üzrə yardım qrupunun başçısı Rods Stampa təsəvvür edilməyəcək dərəcə dağıntıdan danışıb. Onun sözlərinə görə, 2004-cü ildəki sunamidən sonra belə dağıntı görməyib. 220 min nəfər həmin fəlakətin qurbanı olmuşdu.
Bir müddət öncə, Filippin hakimiyyəti dəniz sahilində yerləşən Takloban şəhərində yüz yaxın insanın həlak olduğunu bildirmişdi.
Qasırğadan öncə hakimiyyət bir milyondan çox sakini köçürmüş, 14 milyona yaxın vətəndaşına isə təbii fəlakət barəsində xəbərdarlıq edib.
***
15.10
Güclü qasırğa Filippində ciddi ziyan vurub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qasırğa adıçəkilən ölkənin 20 bölgəsində milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Qasırğa nəticəsində ölənlərin sayı 100 nəfəri keçib. Takloban şəhərinin rəhbərliyi əhalinin vaxtında təxliyə edildiyini açıqlayıb. Qasırğa güclü daşqınlara və torpaq sürüşməsinə də səbəb olub. Şəhərdəki binaların əksəriyyəti ya ciddi ziyan görüb, ya da tam dağılıb.
Onu da qeyd edək ki, hazırda qasırğa şimal-qərb istiqamətində hərəkət edir. Qasırğanın Filippindən sonra Vyetnam və Laosu da vuracağı gözlənilir.