Qahirənin beynəlxalq hava limanı rəhbərliyi Londona planlaşdırılan reysi təxirə salıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, buna səbəb kimi təyyarənin göyərtəsində terror aksiyasının hazırlandığı xəbəri olub.
Mənbə bildirib ki, naməlum şəxs hava limanına zəng edərək, bildirib ki, Londona uçan «EgyptAir»-ə məxsus təyyarədəki iki sərnişin intiharçı terror törədəcək.
Bu xəbərdarlıqdan sonra uçuşlar təxirə salınıb və bütün sərnişinlər yenidən yoxlanılıb. Yük yerində də yenidən yoxalama aparılıb.
Yayılan xəbərlərə əsasən, sentyabrın 7-də Misirin İsmailiyyə və Süveyş şəhərləri arasındakı dəmiryol xəttində təhlükəsizlik qüvvələri güclü partlayıcı qurğu aşkarlayıb.