Stavropolda evlənmək məqsədi ilə qaçırılan qız özünü pəncərədən atıb. Lent.az-ın məlumatına görə, Dağıstan Respublikası vətəndaşı olan 29 yaşlı kişi Çoqrayski qəsəbə sakini olan 19 yaşlı qızı “Lada Priora” markalı maşınla oğurlayıb və onu Budennovskdakı evinə gətirib. Bundan 8 gün sonra, oktyabrın 31-də qız anasına zəng etmək adı ilə başqa otağa keçib və özünü dördüncü mərtəbənin eyvandan atıb. Xoşbəxtlikdən həmin vaxt 3-cü mərtəbədə yaşayan kişi eyvanda olub və qız özünü atan kimi onu göydəcə tutub.
Faktla bağlı cinayət işi açılıb. Məlum olub ki, oğlan qızı milli adət-ənənəsinə görə evlənmək niyyəti ilə qaçırıb.