Putinlə Kemeron telefonda Suriyadakı vəziyyətdən danışıb
26 avqust 2013 21:45 (UTC +04:00)

Putinlə Kemeron telefonda Suriyadakı vəziyyətdən danışıb

 

Rusiya prezidenti Vladimir Putin Kemerovada keçirdiyi müşavirəni tərk edərək, Britaniyanın baş naziri Devid Kemeronun telefon zənginə cavab verib.

 

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, iki tərəfi də maraqlandıran məsələləri müzakirə edib. Telefon danışığını əsas mövzusu Suriyadakı vəziyyət olub.

 

Mənbə bildirib ki, onlar son aylarda davamlı olaraq, biri-biri ilə əlaqə saxlayır.

 

Bu il mayın 10-da D.Kemeron Soçidə Putinlə görüşüb. Rusiya lideri isə cari il iyunun 16-da Londona işgüzar səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar