Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı kəşfiyyatının başçısı şahzadə Bəndər əs-Səudla gizli danışıqlar aparıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «əl-Ərəbiyyə» xəbər yayıb.
Məlumata əsasən, tərəflər xarici siyasətə dair bir sıra məsələləri müzakirə edib. Onların arasında Suriya və İranla bağlı məsələlərin də olduğu ehtimal olunur.
Mənbə xatırladıb ki, bir müddət öncə KİV-də Bəndər əs-Səudla V.Putin arasında danışıqların olduğuna dair xəbərlər yayılmışdı.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinin Bəndər əs-Səudla Moskvada görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, onlar Suriya və İran məsələsini müzakirə ediblər.