Rusiya prezidenti Vladimir Putin Avropa Birliyi (AB) rəhbərliyindən quruma assosiativ üzvlüklə bağlı qəbul etdiyi qərara görə Ukraynanın ünvanına sərt çıxışlar etməkdən çəkinməyi xahiş edib.
Lent.az-ın interfaks«»-a istinadən məlumatına görə İtaliyada keçirdiyi mətbuat konfransında o, deyib: «Mən Brüsseldəki dostlarımdan xahiş edirəm ki, sərt bəyanatlar verməsinlər».
Onun sözlərinə əsasən, rəsmi Kiyev ətrafında vəziyyəti «siyasiləşdirməyə ehtiyac yoxdur»: «Prezident Viktor Yanukoviçin üçtərəfli, Ukrayna- Avropa Birliyi –Rusiya formatda təklifini müzakirə etmək lazımdır».
Putin Ukraynanın Avropa Birliyi ilə bağlı qəbul etdiyi qərara hörmətlə yanaşacağını bildirib.